“Yougov” tədqiqat təşkilatı dünyanın ən nüfuzlu qadınlarının siyahısını tərtib etmək üçün sorğu keçirib.
Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, sorğunun nəticələrinə görə, ilk üçlüyün birincisi aktrisa Ancelina Coli, ikincisi Böyük Britaniya kraliçası II Yelizaveta, üçüncüsü isə ABŞ prezidentliyinə namizəd Hillari Klinton olub. İlk üçlükdən sonra məşhur adlardan ibarət 2016-cı ilin ən nüfuzlu qadınları siyahısını bu adlar davam etdirir;
Opra Uinfri, Mişel Obama, Selin Dion, Malala Yusufzay, Angela Merkel, Aun San Su Çji, Sandra Bullok, Şakira, Madonna, Emma Uotsan,Teylor Svift,Meril Strip, Keyt Millton, Ellen Dedceners, Cenifer Lourens, Viktoriya Bekhem, Marin le Pen.
Qeyd edək ki, “Yougov” ikinci ildir ardıcıl olaraq bu cür sorğunu təşkil edir.