Ötən gün Bursada Ulucami ərazisində baş verən partlayışın yeni görüntüləri ortaya çıxıb.
Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə ilə bağlı Bursa Təhlükəsizlik Müdirliyi terrorla mübarizə şöbəsində 16 nəfərdən çox şəxs saxlanılıb.
Bombanı İstanbuldan bir kuryerin gətirdiyi və “kitabları aldın mı?” şifrəsindən istifadə etdiyi məlum olub. Hadisənin baş verdiyi ərazinin qarşısında olan bir ədviyyat dükanının təhlükəsizlik kamerasına əks olunan görüntülərində nəhəng alovların çıxdığı və şüşələrin parça-parça olduğu görünür. Partlayış anında insanların çaxnaşması saniyə – saniyə kameralara düşüb..