10.07.2025, 07:30
141 baxış
Lamiyə
Ağdərədə mal-qara otararkən minaya düşdü
Ağdərədə mina partlayışı hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, Şıxarx qəsəbə sakini 1979-cu il təvəllüdlü Qulu Tufan oğlu Quliyev Həsənqaya ərazisində mal-qara otararkən minaya düşüb.
Yaralı şəxs Tərtər Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Hazırda xəstə amputasiya olunmaq üçün Bərdə Rayon Mərkəzi Xəstəxanasına göndərilir.
Faktla bağlı araşdırma başlanıb.