01.04.2025, 11:13
309 baxış
Lamiyə
Sabahın hava proqnozu AÇIQLANDI
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-şərq küləyi əsəcək.
Milli Hidrometeorologiya Xidmətindən Medianews.az-a verilən məlumata görə, havanın temperaturu gecə +11 dərəcədən +14 dərəcəyədək, gündüz +18 dərəcədən +22 dərəcəyədək olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 755 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 55-60 % olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin səhər dağlıq ərazilərdən başlayaraq bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə +10 dərəcədən +15 dərəcəyədək, gündüz +20 dərəcədən +25 dərəcəyədək, dağlarda gecə +5 dərəcədən +10 dərəcəyədək, gündüz +12 dərəcədən +17 dərəcəyədək olacaq.
Paylaş: