ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbi xanımı Danusia ilə birlikdə Şuşaya gedib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə səfirliyin sosial media hesabında paylaşım edilib.
“Səfər zamanı səfir hökumət nümayəndələri ilə görüşməyi, xanımı ilə birlikdə Şuşa qalası, Xurşidbanu Natəvanın evi, Xan qızı bulağı, Vaqif məqbərəsi ilə tanış olmağı və Cıdır düzünü gəzməyi və səfirliyin dəstəklədiyi ingilis dili proqramında iştirak edən yerli təhsil işçiləri ilə görüşməyi planlaşdırır”, – məlumatda deyilir.