Məşhur müğənni Sinan Akçıl Türkiyənin İzmir şəhərində ağır qəzaya səbəb olub.
Medianews.az xəbər verir ki, müğənni dostu ilə işıqfor olmayan yolda piyada yolu keçərkən qəza baş verib.
Hadisə zamanı sürücülərdən biri qəzaya səbəb olan müğənniyə hücum etməyə çalışıb.
Müğənninin dostu hücum edən şəxsə mane olub.
Sinan Akçılın səbəb olduğu qəza ətrafdakılar tərəfindən anbaan görüntülənib. S.Akçıl daha sonra baş verənlərə məhəl qoymadan oradan uzaqlaşıb.
Medianews.az