“Real Madrid”in baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasının finalında Dortmund “Borussiya”sı ilə matçdan əvvəl təşkil olunan mətbuat konfransında Arda Gülər ilə bağlı sualı cavablandırıb.
Bu barədə Medianews.az BAKU.WS-a istinadən xəbər verir.
Mütəxəssis “Arda Güləri Çempionlar Liqasının finalında oynatmağı düşünürsünüzmü?” sualına belə cavab verib:
“Arda Gülər öz keyfiyyətini və istedadını hər kəsə göstərdi. Çempionlar Liqasının finalında bizim üçün çox faydalı olacaq”.
Xatırladaq ki, Çempionlar Liqasının finalı iyunun 1-i olacaq.