Bazar ertəsi, 17 İyun 2024

Bakıda işləməyən işıqfor ard-arda qəzalara səbəb olur – FOTO

Ötən gün səhər saatlarında Xətai rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə məlumat BAKU.WS-in “qaynar xətti”nə daxil olub.

Bildirilib ki, hadisə rayonun Süleyman Vəzirov kücəsi ilə Nəcəfqulu Rəfiyev küçəsinin kəsişməsində qeydə alınıb.

O da qeyd olunub ki, bu, sözügedən ərazidə baş verən ilk belə hal deyil. Səbəb isə yolda işıqforun işləməməsidir.

“2 aya yaxındır ərazidə işıqfor işləmir. Bu yaxınlarda avtobusun iştirakı ilə oxşar qəza baş vermişdi. Orada da səbəb işıqforun işləməməsi idi”.

Hadisə yerindən görüntüləri təqdim edirik:

DAHA ÇOX OXU

Xəbər lenti