Türkiyənin Manisa vilayətində keçmiş həyat yoldaşının ailəsinin evinə gedən kişi qətliam törədib.
Medianews.az xəbər verir ki, keçmiş həyat yoldaşı Nagihan Canı dəfələrlə bıçaqlayan kişi, müdaxilə etməyə çalışan qadının qardaşı və anasını da bıçaqlayıb.
Hadisədə bıçaqlanan 3 nəfər həyatını itirib. Qətli törədən şəxs qocalar evinin yaxınlığında yaxalandı.
3 nəfəri qətlə yetirən Aytunç Ç. saxlanıldıqdan sonra polis bölməsinə aparılıb.. Prokurorluq hadisə ilə bağlı genişmiqyaslı istintaq başladıb.
Medianews.az