Rusiyada Vıborq yaxınlığında uşaq ördəklərə yem vermək istəyib, lakin suya düşərkən boğularaq ölüb.
Medianews.az xarici mediaya istinad edərək xəbər verir ki, hadisə mayın 26-da dörd yaşlı uşağın anası ilə gəzintiyə çıxdığı zaman baş verib.
Uşaq yanğın gölünə düşüb. Bir neçə dəqiqədən sonra 27 yaşlı ananın özü onu sudan çıxarsa da, artıq gec idi. O, əri ilə birlikdə onu təcili yardım stansiyasına aparıb. Bütün cəhtlərə baxmayaraq, uşağı xilas etmək mümkün olmayıb.
Gənc valideynlər Özbəkistan vətəndaşlarıdır. Onlara qarşı iki cinayət işi açılıb. Polis onlardan uşağı təhlükə altında qoymaqda, İstintaq Komitəsi isə ehtiyatsızlıqdan ölümə səbəb olmaqda şübhələnir.
Medianews.az