Rusiyanın paytaxtı Moskvada üç yeniyetmə tanımadığı şəxsi şidətlə döyüb.
Medianews.az xarici mediaya istinad edərək xəbər verir ki, 16-17 yaş arası üç yeniyetmə 35 yaşlı qəribə hücum edib.
Hadisə aprelin 17-də Milaşenkova küçəsində baş verib. Uşaqlar “Fonvizinskaya” metrostansiyasının foyesinin yeraltı keçidində qurbana yaxınlaşıb, onun yolunu kəsərək münaqişəyə başlayıblar.
Çölə çıxıblar, sonra təqsirləndirilən şəxslərdən biri daş götürərək kişinin başına vurub, digər şərikləri isə əl-ayağı ilə döyüblər.
Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Hazırda reanimasiyadadır.
Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 111-ci maddəsinin 3-cü hissəsinin a bəndi (“Bir qrup şəxs tərəfindən qabaqcadan əlbir olaraq sağlamlığa qəsdən ağır zərər vurma”) ilə iş başlanıb. İstintaq azyaşlıların həbsini tələb edir.
Medianews.az