Almaniya avtomobil istehsalçısı “Mercedes-Benz” dünya üzrə 260 min avtomobilini geri çağırır.
Medianews.az oxu.az-a istinadla xəbər verir ki, bu barədə Almaniyanın Federal Avtomobil Nəqliyyatı İdarəsinə istinadən məlumat yayılıb.
Bildirilib ki, səbəb proqram təminatının düzgün işləməməsidir ki, bu da mühərrikin qəfil dayanmasına və nəticədə yol-nəqliyyat hadisəsinin baş verməsinə səbəb ola bilər.
Geri çağırma 2018-2023-cü illər arasında istehsal xəttini tərk etmiş GLE və GLS modellərinə aiddir.
Qeyd edək ki, ötən həftə avtomobil istehsalçısı potensial yanğın təhlükəsi səbəbindən 341 000 avtomobili geri çağırıb.