Palet fabriki naməlum səbəbdən baş verən yanğın nəticəsində yararsız hala düşüb.
Medianews.az xarici mediaya istinadla xəbər verir ki, hadisə Türkiyənin Bursa şəhərində qeydə alınıb.
Yanğın gecə saat 02:00 radələrində palet istehsalı fabrikində baş verib.
Hadisə yerinə çox sayda yanğınsöndürən, polis cəlb edilib.
Hadisə yerinə gələn yanğınsöndürmə briqadası yanğının ətraf mühitə keçməsinin qarşısını almaq üçün böyük səy göstərib.
15 texnika və 50-yə yaxın canlı qüvvə ilə yanğına müdaxilə edən yanğınsöndürənlər 1 saata yaxın işdən sonra yanğını nəzarətə götürüb.
Yanğının hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.
Medianews.az