Türkiyə, İsveç və Finlandiya ilə onların NATO-ya daxil olması məsələsində razılığa gəlib. Türkiyə Madriddə keçiriləcək NATO sammitində Finlandiya və İsveçin alyansa üzvlüyünü dəstəkləyəcək. Bəs necə oldu ki, birinci razı olmayan Türkiyə indi fikrini dəyişdi?
Mövzu barədə Medianews.az-a danışan politoloq Yeganə Hacıyeva bildirdi ki, Türkiyənin NATO-nun güclənməsi istiqamətində Finlandiya və İsveçin qəbul imkanlarının dəyərləndirilməsinə həmişə konkret fikirləri olub:
“Bu iki faktordan irəli gəlir. Bu Türkiyənin daxili narahatlıqları üzərindən səsləndirilmiş mesajdır. Yəni sərhədlərinin təhlükəsizliyi, terrorist koridorunun aradan qaldırılması kimi mesajlar. Amma başqa səbəb də var. Finlandiya ilə İsveçin məhz NATO-ya üzvlüyünə Türkiyənin şərtlər formalaşdırmasına digəri səbəbi haqda heç kim danışmadı, daha çox susdular. Məsələ bundadır ki, Türkiyənin sərhədlərində terror koridorunun formalaşdırılmasından əlavə, həm də ən vacib NATO daxilində nüfuzunun zədələnməsinin qarşısını almaqdır. Çünki İsveç və Finlandiyanın NATO-ya üzv olacağı təqdirdə Türkiyənin nüfuzunu zəiflətmək istəyən qüvvələr var. Bu qüvvələrin başında ABŞ və digərləri durur”.
Politoloq bildirdi ki, qapalı qapılar arxasında qalan məqamlar var:
“Bu momerandumdakı İsveç və Finlandiyanın razılaşdırdığı məqamlar Türkiyənin narahatlıqlarının böyük əksəriyyətini aradan qaldırır və yaranmış suallara cavab verir. Birmənalı olaraq bu momerandumun həyata keçəcəyi halda Türkiyə qarşısına qoyduğu məqsədlərə çatdığını deyə bilərik. Qapalı qapılar arxasında danışılan məqamlar da var. Bu da NATO-dakı yeni transformasiyada Türkiyənin rolu və ona gətirdiyi üstünlüklərin zədələnməməsi istiqamətində narahatlıqlardır. Bu narahatlıqları da Türkiyə aradan qaldırmağa çalışır”.
Yeganə Hacıyeva qeyd etdi ki, Türkiyənin əldə etdiyi nailiyyətlərlə bağlı narahat olanlar var:
“Bu proselərin başında Türkiyənin daxilindəki müxalif, mövcud hakimiyyətn apponent qrupları durur. Bu qrupların hakimiyyətlərə qarşı nifrətinin səbəbi uğursuzluqlarıdır. Türkiyəyə nifrətlərinin səbəbi uğurlarını həzm edə biməmələridir. Onlar Türkiyənin uğur qazanacağına ehimal etmirdilər. Məsələn CHP-nin hakimiyyəti dövründə Yunanıstanın NATO-ya üzvlük məsələsində Yunanıstan və Avropa Birliyinin öz üzərinə götürdüyü öhdəliklər, bunların daha sonra yerinə yetirilməməsinə CHP-nin cavabsız qalması özü bir nümunədir. Yəni CHP özünün yaşadığı natamamlıq kompleksindən xarici siyasətini qlobal deyil, çərçivələnmiş daxili priotetlər əsasında formalaşdırıb. Bunun nəticəsində istər Yunanıstan, istər Avropa Birliyi Yunanıstanın NATO-ya üzvlük şərtlərini yerinə yetirməyiblər. Avropa Birliyi Türkiyəni Avropa Birliyinə üzv etmək istiqamətində vədlər vermişdi. Yunanıstan isə söz vermişdi ki, Ege dənizinə Türkiyə ilə müştərək nəzarət edəcək. Amma NATO-ya üzv olan kimi yaddan çıxardılar və yerinə yetirmədilər. Bunları İsveç və Finlandiya da edə bilərmi? Bəli. Amma yenə də bu razılaşma Türkiyə diplomattiyasının uğurudur. Buna görə də ancaq təbrik etmək lazımdır”.
Zərif Ülvizadə
Medianews.az