Sosial şəbəkələrdə içkili dostunu təyyarədən düşürən kişinin görüntüləri yayılıb. Kadrlar istifadəçilər tərəfindən gülüşlə qarşılanıb.

Vmdeodan görünür ki, sərnişin başqa birini kürəyinə alaraq təyyarənin trapı ilə düşür. Onun pillələrdən düşərkən tarazlığını saxlamağa cəhd etməsi öz bəhrəsini verir, onlar salamat şəkildə avtobusa qədər gedə bilirlər

Sosila şəbəkə istifadəçiləri kişinin bu hərəkətini rəğbətlə qarşılayıblar.

“Əsl dost belə olar”, “Ümidvaram ki, bu pilot deyil”, “Dost dar gündə tək qoymaz”, “Bu hansı aviaşirkətdir, harada bu qədər içki süzürlər”, – deyə istifadəçilər şəhr yazıblar.