Medianews.az
“Kurtlar Vadisi”nin “Tombalacı Mehmet”i öldü
402 baxış

“Kurtlar Vadisi”nin “Tombalacı Mehmet”i öldü

"Kurtlar Vadisi" serialında “Tombalacı Mehmet” obrazı ilə tanınan Haldun Boysan dünyasını dəyişib. BAKU.WS xəbər verir ki, məşhur aktyor infarktdan ölüb. Haldun Boysanın serial çəkilişindən sonra qaldığı oteldə vəziyyətinin pisləşdiyi bildirilib. Serial işçilərinin xəbərdarlığı ilə aktyor təcili olaraq xəstəxanaya yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, aktyorun həyatını xilas etmək mümkün olmayıb. 1958-ci ildə Ankarada dünyaya gələn Boysan 62 yaşında həyata gözlərini yumub.

Bizə qoşulun