Azərbaycanda son illərdə abort etdirən qadınların sayı artıb.
Medianews.az Səhiyyə Nazirliyinin yaydığı statistikalara istinadən xəbər verir ki, 5 ildə ölkədə ümumilikdə 163 min abort qeydə alınıb.
Ayrı illər üzrə rəqəmlər aşağıdakı kimidir:
2014-cü il – 27 220
2015-ci il – 27 452
2016-cı il – 34 569
2017-ci il – 37 618
2018-ci il – 36 141
Bu il tamamlanmadığı üçün 2019-cu ilin statistikası hələlik məlum deyil.
Qeyd edək ki, abort etdirənlər arasında 17-yə yaşa qədər olan yeniyetmələrin sayında da artım var.