Medianews.az
“Tüklü kişilərə nifrət edirəm” – Ülfət Bəşirlə MÜSAHİBƏ
3,582 baxış

“Tüklü kişilərə nifrət edirəm” – Ülfət Bəşirlə MÜSAHİBƏ

Aktrisa Ülfət Bəşir “Ulduza sual” rubrikasının qonağı olub. O, Primetime.az-ın instaqram səhifəsindən onu ünvanlanan sualları cavablandırıb. Çəkilişdə göstərdiyi dəstək üçün “Nizami Restaurant & Lounge”-ə təşəkkürümüzü bildiririk. Ülfət bir aktrisa kimi kamera önündə heç bir problem yaşamadığını, hər bir obraza girə biləcəyini bildirib. Amma özü barəsində bir o qədər də danışmağı sevmədiyini söyləyib. Daha sonra aktrisa hələ ki, evlənməyi düşünmədiyini qeyd edib. Evlənəcəyi halda isə gələcək həyat yoldaşının aşağıdakı parametrlərdə olmasını arzulayıb: “Bir insan zahiri görünüşcə mənim xoşuma gəlməsə, onunla münasibətə girə bilmərəm. Hündürboy, idmançı, “babyface” (uşaqsifət) olsa, yaxşı olar. Tüksüz olsun. Nifrət edirəm tüklü oğlanlara. Ən əsası mənə dözsün”.

Bizə qoşulun