Tarif (qiymət) Şurasının Azərbaycanda içməli suyun satış qiymətini bahalaşdırması cəmiyyətdə birmənalı qarşılanmayıb. Mövzu ilə əlqədar sosial şəbəkələrdə açılan müzakirələr əsasın hökuməti tənqidi notlarla müşayiət olunmaqdadır.
Xatırladaq ki, Tarif Şurası “Azərsu” ASC-nin müraciəti əsasında 1 kubmetr su təchizatının tarifi ƏDV daxil olmaqla, əhali üzrə Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu üçün 35 qəpik, digər inzibati ərazi vahidləri üzrə 30 qəpik müəyyən edib. Tullantı sularının axıdılması xidmətlərinin tarifləri əhali üçün bir kubmetr üçün 15 qəpik təsdiq olunub.
Beləliklə indiyədəkiçməli su təminatı və kanalizasiya xidmətinə 1 kubmetrə görə 36 qəpik ödəyən bakılılar, bundan sonra 50 qəpik xərcləyəcəklər.
XXI əsrdə bəşəriyyətin qarşısında duran qlobal təhlükələrdən biri də içməli su ehtiyatının azalmasıdır. BMT-nin rəsmi məlumatlarına görə, dünyada insanların 45%-i təmiz su içmək imkanından məhrumdur, hər 8 saniyədən bir isə Yer kürəsində 1 nəfər susuzluq səbəbindən dünyasını dəyişir. Pessimist ekspertlər 2030-cu ildə dünyada içməli su böhranının kəskinləşəcəyini güman edirlər. Onlarin fikrincə, şirin su ehtiyatlarının 97,5%-nin qütblərdəki buzlaqlarda olması gələcək təhlükədən xəbər verir. Lakin nikbinliyi ilə seçilən ekspertlər gələcəkdə insanların buzlaqlardan təmiz su əldə edərək, planetin ehtiyacını ödəyə biləcəklərini deyirlər.
İçməli suyun qıtlığı artıq dünyanın iri şəhərlərində hiss olunmağa başlayıb. Avropada 1 litr içməli su benzin kimi yanacaq məhsulundan bahadır. Modern.az saytı dünyanın bəzi şəhərlərində 1 kub metr suyun istifadəsinə görə nə qədər məbləğin ödənildiyini araşdırıb.
1 kub metr içməli su üçün mövcud TARİF
Bakı (Azərbaycan) – 0,24 dollar
İstanbul (Türkiyə) – 2,05 dollar
Diyarbəkir (Türkiyə) – 0,90 dollar
Dehli (Hindistan) – 0,24 dollar
Yerevan (Ermənistan) – 0,36 dollar
Tbilisi (Gürcüstan) – 0,16 dollar
Bombey (Hindistan) – 0,22 dollar
Dubay (Birləşmiş Ərəb Əmirlikləri) – 2,25 dollar
Dəkkə (Banqladeş) – 0,21 dollar
Ciddə (Səudiyyə Ərəbistanı) – 0,03 dollar
Qahirə (Misir) – 0,10 dollar
Hanoy (Vyetnam) – 0,19 dollar
Laqos (Nigeriya) – 0,99 dollar
Şanxay (Çin) – 0,45 dollar
Tokio (Yaponiya) – 2,11 dollar
Quançjou (Çin) – 0,45 dollar
Manila ( Fillipin) – 0,32 dollar
Nayrobi (Keniya) – 0,48 dollar
Keyptaun (CAR) – 1,15 dollar
Banqkok ( Tailand) – 0,28 dollar
Moskva (Rusiya) – 1,5 dollar
Vladivostok (Rusiya) – 0,95 dollar
Berlin (Almaniya) – 6,43 dollar
London (Böyük Britaniya) – 3,80 dollar
Amsterdam (Hollandiya) – 5,29 dollar
Kopenhagen (Danimarka) – 7,38 dollar
Pert (Avstraliya) – 6,59 dollar
Nyu-York (ABŞ) – 3,27 dollar
Çikaqo (ABŞ) – 1,46 dollar
Los-Anceles (ABŞ) – 2,80 dollar
Mayami (ABŞ) – 1,15 dollar
Atlanta (ABŞ) – 6,30 dollar
Vankuver (Kanada) – 2,22 dollar)
Mexiko (Meksika) – 0,95 dollar
Boqota (Kolumbiya) – 2,09 dollar
Lima (Peru) – 0,79 dollar
La-Pas (Boliviya) – 0,32 dollar
Buenos-Ayres (Argentina) – 0,42 dollar
Rio-De-Janeyro (Braziliya) – 2,14 dollar