Medianews.az
Rüşvətə görə qovulan nazirin oğlu qəzaya düşdü ... (foto)
470 baxış

Rüşvətə görə qovulan nazirin oğlu qəzaya düşdü ... (foto)

zafer-caglayan-in-oglu-olumden-dondu-5596056 Türkiyənin keçmiş iqtisadiyyat naziri Zəfər Çağlayanın oğlu avtomobil qəzasına düşüb. Medianews.az-ın məlumatına görə, paytaxt Ankarada bir avtomobil orta səddi aşaraq qarşı yola çıxıb və nazir oğlunun avtomobilinə çırpılıb. Zəfər Çağlayanın oğlu Kağan Çağlayan yüngül xəsarət alıb. Hadisə nəticəsində iki nəfər həyatını itirib. Qeyd edək ki, keçmiş iqtisadiyyat naziri Zəfər Çağlayanın digər oğlu Kaan Çağlayan 2013-cü ilin 17 dekabrında korrupsiya iddiası ilə həbs edilmişdi. Z. Çağlayan həmin hadisədən sonra istefa verdiyini açıqlamışdı. zafer-caglayan-in-oglu-olumden-dondu-5596275

Bizə qoşulun