Medianews.az
İlham Əliyevin mətbuat katibi də ABŞ-ı qınadı
192 baxış

İlham Əliyevin mətbuat katibi də ABŞ-ı qınadı

74047_res_01 Azər Qasımov: “Psakini çıxışlarında ikili standartlara və qeyri-obyektiv məlumatlara istinad etməməyə çağırıram” Azərbaycan Respublikası Prezidentinin mətbuat katibi Azər Qasımov APA-nın "ABŞ Dövlət Departamentinin sözçüsü Cen Psakinin Azərbaycanda insan haqlarının pozulmasını iddia etməsinə münasibətiniz necədir" sualını cavablandırıb. A.Qasımov deyib: - Amerika Birləşmiş Ştatlarının Dövlət Departamenti sözçüsünün bəyanatı ilə bağlı əvvəla onu demək istərdim ki, xanım Psaki tez-tez dünyanın ayrı-ayrı bölgələrində baş verən proseslərlə bağlı qeyri-peşəkar, doğru olmayan faktlar, hətta coğrafi səhvlərlə müşayiət olunan çıxışlar edir. Ona görə də onun Azərbaycanla bağlı dünən söylədiyi fikirlər məndə bir o qədər də təəccüb hissi doğurmur. Guya Azərbaycanda insan haqları sahəsində beynəlxalq öhdəliklərə riayət olunmaması ilə bağlı qərəzli, riyakar, heç bir reallığa söykənməyən fikirlər söyləməkdənsə, ona məsləhət görərdim ki, öz ölkəsində insan haqlarının kobudcasına pozulması, fundamental hüquq və azadlıqlara məhəl qoyulmaması faktlarına diqqət yetirsin. Amerika Birləşmiş Ştatlarının müxtəlif bölgələrində mütəmadi olaraq irqi ayrı-seçkilik, dinc nümayişçilərə qarşı polis zorakılığı, güc tətbiq olunması, hətta küçələrə hərbi texnikanın çıxarılması, gözyaşardıcı qazdan istifadə olunması, işgəncələrin verilməsi halları baş verir, kütləvi həbslər aparılır. Ferqyusonla bağlı bu yaxınlarda ABŞ-ın onlarla şəhərində baş vermiş hadisələr bir daha bunu aydın şəkildə nümayiş etdirdi. Amerika Birləşmiş Ştatlarında söz azadlığı sahəsində də böyük problemlər mövcuddur. Mütəmadi olaraq kütləvi informasiya vasitələri nümayəndələri obyektiv fikir söylədiklərinə görə böyük təzyiqlərə məruz qalır, hətta işdən çıxarılır. ABŞ-da fundamental insan haqlarının pozulması və azadlıqlara məhdudiyyət qoyulması ilə bağlı çox faktlar gətirmək olar. Azərbaycana gəldikdə isə, ölkəmizin 20 ildən bir az artıq müddətdir ki, müstəqillik əldə etməsinə və Ermənistanın təcavüzü ilə bağlı müharibə şəraitində yaşamasına baxmayaraq, demokratik inkişaf yolunda çox böyük uğurlar əldə edilmiş və Azərbaycan hökuməti bu istiqamətdə səylərini daim artırmaqdadır. Bir daha xanım Psakini bu faktları danmamağa və ümumiyyətlə, öz çıxışlarında ikili standartlara və qeyri-obyektiv məlumatlara istinad etməməyə çağırıram.

Bizə qoşulun