Medianews.az
"Qarabağ"ın ulduzundan maraqlı etiraf: "Oyunun birini 10 manatdan..."
294 baxış

"Qarabağ"ın ulduzundan maraqlı etiraf: "Oyunun birini 10 manatdan..."

309275 Milli.Az-ın "TOP"lantı layihəsi Qarabağ"ın bazasında ilk qonağı Danilo Diaz olub.

İçəri daxil olanda Diaza "How are you, Diaz" deyə xitab etdim, o isə cavabında "Saqol, yakşı, sən necəsən? deyə bildirdi. Sadəcə donub qaldım. 

- "Qarabağ"a yeni gəlməyinə baxmayaraq adaptasiya ola bilmisənmi?

- Düzdür, yeni gələndə hər şey mənə qəribə gəlirdi, fərqli idi. Şəhərlə və klubla tanışlıqdan sonra heç bir problemim qalmadı, sözün düzü. Həm insanlar, həm də klub daxilində isti münasibət mənə hər şeyi unutdurdu. Öncələr yollardakı tıxaclar məni qorxudurdu. Daha sonra buna da öyrəşməyi bacardım (gülür). Bir sözlə, Bakıda hər şey qaydasındadır və buranı çox sevirəm. Adaptasiya olmağım qısa çəkdi.

- Portuqaliya ilə Braziliya bir-birinə yaxın ölkədir hər cəhətdən. Sənə rahat olan bir ölkəni qoyub Azərbaycana gəlməyə nə vadar etdi?

- Portuqaliyada 2.5 milyon braziliyalı yaşayır. Azərbaycanda isə toplasan, min nəfər yaşayar, ya yox. Orada ünsiyyət daha rahatdır, nəinki Azərbaycanda. Braziliyada belə bir deyim var ki, ağzında dilin varsa, Romaya da gedə bilərsən. Amma sizin ölkədə sadəcə dil cəhətdən problemlərim var və onu da yavaş-yavaş həll edirik. Amma mənə Azərbaycan daha rahatdır.

- Nəyə görə rahatdır?

- Orada 1 saat məşq edirdim, sonra isə boşluq olurdu. Monoton gün keçirirdim. Burada isə tamam fərqlidir. Günün çoxunu bazada uşaqlarla keçirirəm, şəhəri gəzirəm və s.  

- "Qarabağ"ın Avropa Liqasındakı debütünü necə dəyərləndirirsən?

- "Qarabağ" ilk dəfə qrupa düşməsinə baxmayaraq çox yaxşı oyun nümayiş etdirir. Düzdür, komandama zədə üzündən az kömək etdim. Amma "Dnepr" və "İnter"lə oyunda ürəyim onların yanında idi. Hər 4 oyunu yaxşı oynadığımızı əminliklə deyə bilərəm. Qələbələrə köklənib qrupdan çıxa bilərik. Niyə də olmasın?! Həyatımda gördüyüm ən yaxşı kollektiv buradadır. 

- Fransadakı oyuna çıxa biləcəksən?

- Həftəsonu komanda ilə məqşlərə başlayacam. İndi fərdi şəkildə çalışıram. Qabaqcadan danışmaq istəmirəm, amma həmin oyuna çıxmağıma ehtimal böyükdür.

- Statistikaya baxsaq, əvvəlki klublarında zəif nəticə göstərərək, az qol vurmusan. "Qarabağ"da isə yeni gəlməyinə baxmayaraq artıq adından söz etdirmisən. Bu nə ilə əlaqədardır? 

- Assist etməyi daha çox sevirəm. Qəribəsi odur ki, burada oyunum alındı və ardıcıl qollar vurmağa başladım. Mənim üçün bir anlayış var ki, məhsuldar ötürmə qola bərabərdir. 

- "Qarabağ" qrupdan çıxmağa qadirdir?

- 3 komandanın da 4 xalı var. Bu baxımdan nəsə demək çətindir. Amma inanıram ki, yaxşı oynayıb yaxşı nəticə əldə edəcəyik. İnşallah, "Sent-Etyen"i orada udacağıq ("İnşallah"dan şoka düşüb Diaz qarışıq hamı gülür). Biz bütün Azərbaycan üçün oynayırıq. 

- Komandada kiminlə ailəvi cəhətdən dostluq əlaqələrin var?

- Qara, Maksim, Namiq ilə. 

- Artıq "PES 2015" istifadəyə verilib və Reynaldo oynayıb. Bəs sən?

- Yox hələ oynamamışam. Playstation-3 varımdır. Vaxt olduqca onda oynayıram. Evdə olanda əsasən övladıma vaxt ayırıram.
- Futbolçulardan kiminlə oynayırsan bu oyunu?

- Reynaldo ilə daha çox oynayıram. Oyunun birini 10 manatdan mərc edib oynayırıq. Daha çox o udur məni. Bir dəfə Almeydadan 20 manat udmuşam (gülür)

Bizə qoşulun