“Hökumətin mənim əleyhimə danışdırdığı şəxslərin təbliğatına qoşulmanızdan təəssüflənirəm”
İqtisadçı-alim, Müsavat başqanlığına sabiq namizəd Qubad İbadoğlu bir sıra müsavatçılara müraciət ünvanlayıb. Öncə həmin müraciəti təqdim edik:
“Hörmətli və fədakar müsavatçılar, sizlərin bəzilərinin Mədən Sənayesində Şəffaflıq Koalisiyasının üzvləri olan və hökumətin mənim əleyhimə danışdırdığı şəxslərin apardığı təbliğata qoşulmağınızdan təəssüflənirəm. Siz orda nə baş verdiyini həmin Koalisiyanın müsavatçı üzvləri qədər yaxından bilmirsiniz. Odur ki, bu məsələdə onların yazdıqlarına və şərhlərinə diqqət yetirin. Hər yetənin, illər öncə Müsavatı tərk edənlərin əleyhimizə olan kampaniyasına kor-koranə qoşulmayın. Məsələ burasındadır ki, Myanmarda hökumətin arzulamadığı qərar verildi (http://eiti-ngo-azerbaijan.org/az/?p=1509) Məhz Myanmarda Beynəlxalq İdarə Heyətinin verdiyi həmin qərardan sonra hökumət bəyanatla çıxış etdi ki, bu qərar bizə təzyiqdir və ona görə də Azərbaycan Mədən sənayesində şəffaflıq təşəbbüsündən (MSŞT) çıxa bilər. O zaman həmin adamlar məni suçlayırdı ki, siz Myanmarda ölkənin əleyhinə qərarlara rəvac veribsiniz, MSŞT-dən Azərbaycanın çıxmasına şərait yaradıbsınız.
İndi isə müzakirə olunan məsələyə aydınlıq gətirmək istəyirəm. MSŞT Koalisiyasının Şurası qərar verib ki, yaranmış vəziyyəti müzakirə etmək üçün Şahmar Mövsümovla görüş keçirilsin, çünki o MSŞT üzrə hökümət komissiyasının sədridir. Görüşdə 6 nəfər Şura üzvü iştirak edib, vətəndaş cəmiyyətində yaranmış problemlər müzakirə olunub və Koalisiya üzlərinin bank hesablarına həbs qoyulduğuna görə çıxış yollarından biri kimi yeni ictimai birlik yaradılması təklif olunub. MSŞT Koalisiyasının Şurası da bu təklifi müzakirə edib, səsvermə nəticəsində qərar verib ki, 3 nəfərdən ibarət təsisçi qrup bu işlə məşğul olsun, yeni ictimai birliyin sənədlərini hazırlayıb Ədliyyə Nazirliyinə versin. Hələ bilinmir ki, o təşkilat qeydiyyata alacaqlar, yoxsa yox. Mənim rəhbərlik etdiyim və 1999-cu ildən qeydiyyatda olan, adlı-sanlı və dünya şöhrətli İqtisadi Tədqiqatlar Mərkəzi avqustun sonundan bank hesablarına həbs qoyulmasına görə fəaliyyətini dayandırıb. İndiki şərtlərlə yeni yaradılan təşkilatı işlətmək o qədər də asan olmayacaq. Amma buna baxmayaraq sizə məlum olan Koalisiya üzvləri ona görə səs-küy salırlar ki, birincisi təsisçilərin siyahısına onlar daxil edilməyib, ikincisi də onlar Koalisiyanı da parçalayıb hökumətin nəzarətinə vermək istəyirlər. Sizə nə olub?”
Qeyd edək ki, QHT sektorunun tanınmış simalarından olan Sahib Məmmədov özünün Facebook profilində Qubad İbadoğluna qarşı status paylaşıb. Bir sıra Müsavat üzvləri də bu statusdan istifadə edərək, Qubad İbadoğluna qarşı ittihamlara başlayıblar.
Musavat.com
17.11.2014, 11:01
237
baxış
TURAN
“Sizə nə olub...” - Qubad Ibadoğlu