Medianews.az
30 ildən sonra insanları bədəndən kənarda yetişdirəcəklər
381 baxış

30 ildən sonra insanları bədəndən kənarda yetişdirəcəklər

1408086587_3 Texnologiya doğuş zamanı ölənlərin sayının azalmasına yardım edəcək. Bəzi alimlərin fikrincə, uşağın süni bətndə yetişdirilməsi artıq 30 ildən sonra geniş yayılacaq. Ektogenezin tərəfdarları artıq süni plasentaya bərkidilmiş bətndə heyvan embrionlarının yetişdirilməsinə dair təcrübələr aparır. Onlar hesab edirlər ki, texnologiya ölümün sayının azalmasını təmin edəcək, belə ki, döl daimi nəzarət altında olacaq. Uşağın qeyri-təbii yolla doğulması sosial rolların dəyişməsinə gətirib çıxaracaq, uşağın ana ilə əlaqəsinin olmaması isə onun inkişafına mənfi təsir edəcək. Ektogenez orqanizmin bədənsiz yetişdirilməsini ehtimal edir. Texnologiyanı heyvanlara və bakteriyalara tətbiq edirlər. Süni bətnin yaradılması, dölün qidalanması, süni uşaqlıq və inkişaf edən orqanizmin tullantılarını məhv etmək üçün amniotik maye lazımdır. Bütün bunlar, dölün inkişafına nəzarət edən kompüterə birləşdirilir. Oxu.az

Bizə qoşulun