ELSAD ISGENDEROV

 

Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Elman Abdullayev Elşad İsgəndərovun naziriliyin idarələrinin birinin rəisi təyin olunması barədəki xəbəri təkzib edib.
E.Abdullayev virtualaz.org saytına açıqlamasında bildirib ki, E.İsgəndərov yenidən Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun (DƏ İKGF) baş katibi təyin edilib.
E.Abdullayevin sözlərinə görə, E.İsgəndərov həmçinin XİN-dəki işinə bərpa olunub və iyunun 6-da İstanbula göndərilib.

******

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin eks-sədri Elşad İskəndərova yeni vəzifə verilib. “Qafqazinfo”ya daxil olan məlumata görə, Elşad İskəndərov Xarici İşlər Nazirliyində idarə rəisi təyin olunub. 

Qeyd edək ki, mayın 2-də prezident İlham Əliyevin sərəncamı ilə Elşad İskəndərov vəzifəsindən azad olunmuşdu. O, son dövrlər Azərbaycan mətbuatında nurçuluqda ittiham olunan əsas şəxslərdən biri idi. Vəzifəsindən azad olunandan bir neçə gün sonra E. İskəndərov  Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun (DƏ İKGF) Baş Katibi təyin edilmişdi.

E. İskəndərov , XİN-də idarə rəisi vəzifəsinə təyin olunduğunu təsdiqləyib. Lakin idarənin adını açıqlamaq istəməyib:

“Nazirlə məsləhətləşdikdən sonra açıqlama verə bilərəm. Hələ ki, danışmaq istəmirəm”.

XİN-in mətbuat xidmətinin rəhbəri Elman Abdullayev isə bu barədə məlumatsız olduğunu bildirib.