Medianews.az
3 İyun 2014
299 baxış

3 İyun 2014

QOÇ -( Mart 21 – Aprel 20 )
Ulduzlar günün birinci yarısında qeyri-adi hansısa addımı atmamağı tövsiyə edir. Əks təqdirdə uğurlardan uzaq düşəcəksiniz. Sonrakı saatlarda isə sürprizlə rastlaşma ehtimalınız var.
BUĞA – (Aprel 21 – May 20)
Ulduzların düzümü enerjinizi daha çox fəaliyyət istiqamətinə yönəltməyi tövsiyə edir. Qarşılıqlı münasibətlərdə isə bacardığınız qədər ehtiyatlı olmalısınız. Çılğınlıq etməyin.
ƏKİZLƏR -(May 21- İyun 21) 
Hədsiz dərəcədə uğurlu gündür. Nəzərdə tutduğunuz planların əksəriyyətinə yetişəcəksiniz. Maraqlı təkliflər, şəxsi büdcədə artım ovqatınızı xoş edəcək. Amma ən xırda detalları belə nəzərdən qaçırmayın.
XƏRÇƏNG --(İyun 22 – İyul 22)
Bəxtinizdə çox düşərli bir təqvim dayanıb. Odur ki, nəyəsə cəhd edərkən hər an Ulu Tanrını başınız üzərində hiss edin. Yalnız bu halda özünüzü xoşbəxt hiss edəcəksiniz.
ŞİR - (İyul 23 – Avqust 23)
Qarşınızı kəsən maneələri dəf etmək üçün imkan qazanacaqsınız. Üstəlik, sevgi aləmində sürprizlərlə rastlaşacaqsınız. Səfərə çıxmaq, işgüzar söhbətlər aparmaq isə məsləhət görülmür.
QIZ - (Avqust 24 – Sentyabr 23)
Perspektivli sövdələşmələr aparmaq istəyirsinizsə, vaxtı fövtə verməyin. Saat 11-dən başlayaraq paralel şəkildə aktivlik göstərin. Qərarlarınızda qəti olsanız, heç vaxt uduzmayacaqsınız.
TƏRƏZİ -(Sentyabr 24 – Oktyabr 23)
Maddi problemlərinizin qabarmasına baxmayaraq əsas gücünüzü sevgi amilinə yönəldin. Nəzərə alın ki, sizə ehtiyac duyanlar xoş bir sözünüzlə də kifayətlənə bilərlər. Səfərə isə çıxmayın.
ƏQRƏB -(Oktyabr 24 – Noyabr 22)
Nahara qədər uğurlu bir zamandan keçəcəksiniz. Hətta çoxdan gözlədiyiniz bir təklif də ala bilərsiniz. Belə fürsəti hər an gözləyin. Təxminən saat 15-dən sonra isə ayıq-sayıqlığınızı artırın.
OXATAN - (Noyabr 23 – Dekabr 21)
Qarşılıqlı ünsiyyətdə olduğunuz hər kəslə ciddi davranın. Enerjinizi dedi-qodu və ya cəfəng söhbətlərə itirməyin. Əyalətlərə gedib istirahət etmək indi sizə çox lazımdır.
OĞLAQ - (Dekabr 22 – Yanvar 20)
Maraqlı bir təqvim yaşayacağınız güman olunur. Əgər şərait olsa, işlə az məşğul olun. Çünki işdən kənarda daha çox uğurlarınız mümkündür. Bu gün ziyarətgaha getməyiniz yaxşı olar.
SUTÖKƏN - (Yanvar 21 – Fevral 19)
Yaxşı olar ki, əsas işlərə saat 12-dən sonra başlayasınız. Çünki əvvəlki ərəfə bir qədər qalmaqallı keçə bilər. Bu gün nüfuzlu və dəyərli insanlarla görüş keçirmək sizə səmərə verəcək.
BALIQLAR - (Fevral 20 – Mart 20)
Təəssüf ki, Göy qübbəsi ixtiyarınızda olan bu təqvimin mübahisəli keçəcəyini bəyan edir. Ələlxüsus da saat 14-17 aralığı əhvalınız pozula bilər. Özünüzü ələ alıb neytral mövqe tutun.

Bizə qoşulun