Medianews.az
26 May 2014
268 baxış

26 May 2014

QOÇ -( Mart 21 – Aprel 20 )
Ulduzların düzümünə görə, bu təqvimdə hər şeydən əvvəl səhhətinizi qorumalı, şər işlərdən uzaq olmalısınız. Çalışın ki, hisslərinizi cilovlayasınız. Axşam sürprizlə rastlaşacaqsınız.
BUĞA - (Aprel 21 – May 20)
İşgüzarlığınız artıdığından qarşınıza qoyduğunuz məqsədlərin əksəriyyətini reallaşdıra bilərsiniz. Bəxtinizin gətirəcəyinə ümid edin. Nahardan sonra ovqatınız xeyli yüksələcək.
ƏKİZLƏR -(May 21- İyun 21) 
"Hakim" olduğunuz bu dövrün maliyyə uğurunu görməyə başlayacaqsınız. Saat 13-16 arası bu istiqamətdə daha əlverişli şanslar qazana bilərsiniz. Qərarlarınızda qəti olun.
XƏRÇƏNG --(İyun 22 – İyul 22)
Cərəyan edən bütün proseslərə reallığın gözü ilə baxın. Çünki indiki dünya fantaziyaları qəbul eləmir. Səfərə çıxmaq üçün olduqca münasib gün olsa da, büdcənizə görə hərəkət edin.
ŞİR - (İyul 23 – Avqust 23)
İş mane olmasa, səyahət və doğmalarla görüşmək üçün əlverişli vaxtdır. Maddi durumunuzda da nəzərəçarpacaq irəliləyişlər mümkündür. Bütün hallarda tənhalığa aludə olmayın.
QIZ - (Avqust 24 – Sentyabr 23)
Təxminən saat 11-dən 15-ə qədər bəzi xoşagəlməzliklərlə rastlaşa bilərsiniz. Bu səbəbdən də həmkarlarınızla, rəhbərinizlə nəzakətli davranın. Yersiz mübahisələr zərərinizədir.
TƏRƏZİ -(Sentyabr 24 – Oktyabr 23)
Zamanın nəbzini tutmaqda hələ də çətinlik çəkirsiniz. Tərslikdən lazımi adamların köməyindən də bəhrələnmirsiniz. Bəlkə papağı qarşınıza qoyub yaxşı-yaxşı düşünəsiniz?!
ƏQRƏB -(Oktyabr 24 – Noyabr 22)
Bu gün xırdaca mübahisəyə də getməməlisiniz. Əks halda, bəzi yaxınlarınızla aranızda soyuqluq yaranacaq. Situasiyaları kontrolda saxlasanız, axşam xoş ovqat qazanacaqsınız.
OXATAN - (Noyabr 23 – Dekabr 21)
Peşəyönümlü fəaliyyətinizdə uğurlu nüanslarla qarşılaşacaqsınız. Perspektivli görüşləriniz də istisna olunmur. Əzmkarlığınızı artırsanız, qazanc da əldə edəcəksiniz.
OĞLAQ - (Dekabr 22 – Yanvar 20)
O qədər də uğurlu gün deyil. Yalnız nahara qədər xırda nailiyyətləriniz ola bilər. Uzaq yola çıxmaq, riskli işlərə girişmək məsləhət deyil. Qida rasionunuzu zənginləşdirin.
SUTÖKƏN - (Yanvar 21 – Fevral 19)
Maddi durumunuzda irəliləyişlər gözlənilir. Lakin hansısa vacib məsələdə yanlış qərar çıxarmaq ehtimalınız da var. Odur ki, proqnozumuzu oxuyan kimi tədbir görməyə hazırlaşın.
 
BALIQLAR - (Fevral 20 – Mart 20)
Sövdələşmə aparmaq üçün şanslı vaxtdır. Amma gərək danışıqlar ikitərəfli istiqamətdə baş versin. Məxfi təkliflərə başdansovdu yanaşmayın. Ciddi işləri bu günə salmayın.

Bizə qoşulun