Medianews.az
19 May 2014
269 baxış

19 May 2014

QOÇ -( Mart 21 – Aprel 20 )
O qədər də uğurlu gün deyil. Bir tərəfdən ətrafınızda lazımi adamların olmaması, digər tərəfdənsə əsəbi situasiyalar ovqatınızı korlaya bilər. Bacardığınız qədər istirahət edin.
 BUĞA - (Aprel 21 – May 20)
Ulduzların düzümü səhhətinizlə bağlı bəzi problemlərlə rastlaşa biləcəyinizdən xəbər verir. Bu səbəbdən də orqanizminizə zidd olan işlərdən yayınmalısınız.
ƏKİZLƏR -(May 21- İyun 21) 
Maraqlı görüşlər və sövdələşmələr yolunuzu gözləyir. Bir qədər qətiyyətli olun. Bədxah adamlara qarşı rəhmli olmaq o qədər də səmərəli deyil. Ulduzlar qidanıza fikir verməyi məsləhət görür.
XƏRÇƏNG --(İyun 22 – İyul 22)
Yeni əlaqələr yaratmaq üçün ideal ərəfədir. Çox güman ki, bir neçə yeniliyin şahidi olacaqsınız. Sevindirici təkliflər də labüddür. İmkan daxilində ziyarətgahlara üz tutun.
ŞİR - (İyul 23 – Avqust 23)
Bütün enerjinizi fəaliyyətə istiqamətləndirin. Çünki yaxın perspektivləriniz bugünkü addımlarınızdan birbaşa asılı olacaq. Daşınmaz əmlak alqı-satqısı ilə bağlı sövdələşmələrə getməyin.
QIZ - (Avqust 24 – Sentyabr 23)
Bu mülayim təqvim sizin üçün həddindən ziyadə uğurlu keçməlidir. Ürəyinizcə olan şəxslərlə rastlaşmağınız, eləcə də təzə xəbərlər eşitməyiniz sizi sevindirəcək. Riskdən qorxmayın.
TƏRƏZİ -(Sentyabr 24 – Oktyabr 23)
Astroloji göstəricilər işgüzar səfərlərə çıxmağınızda qəbahət görmür, xüsusən də əgər bu, yeni fəaliyyətlə bağlıdırsa. Başqa məsələlərdə isə neytral qalmağınız məqsədəuyğundur.
ƏQRƏB -(Oktyabr 24 – Noyabr 22)
Saat 13-ə qədər sakit şəraitdə olmağınız vacibdir. Riskli iş görmək, səfərə çıxmaq yolverilməzdir. Əks təqdirdə əsəbi məqamlar yaşayacaqsınız. Axşam sevdiyiniz şəxslərlə görüşün.
OXATAN - (Noyabr 23 – Dekabr 21)
Təxminən saat 15-ə qədər ümumi ovqatınız xoş olacaq. Ünsiyyətdə olduqlarınız sizi anlayacaq. Sonrakı müddətdə isə ciddi və böyük mübahisələrə cəlb olunacağınız gözlənilir.
OĞLAQ - (Dekabr 22 – Yanvar 20)
Göy qübbəsi yalnız ev-eşiklə məşğul olmağınızı tövsiyə edir. Digər işləri isə hələlik təxirə salmağınız məsləhətdir. Yaşca sizdən kiçik olanların qayğısına qalın.
SUTÖKƏN - (Yanvar 21 – Fevral 19)
İxtiyarınızda olan bu təqvimdə üzərinizə böyük öhdəliklər düşür. Nəticənin uğurlu olacağını nəzərə alıb yorulmaqdan çəkinməyin. Kənar müdaxilələrə isə ciddi reaksiya verməyin.
BALIQLAR - (Fevral 20 – Mart 20)
Əgər bizneslə məşğulsunuzsa, bu gün bəxtiniz gətirə bilər. Çünki bütün göstəricilər uğurlu işbirliyi yaradacağınızdan, həmçinin varlanmağa başlayacağınızdan xəbər verir.

Bizə qoşulun