QOÇ –
( Mart 21 – Aprel 20 )
( Mart 21 – Aprel 20 )Büdcənizdə müəyyən artım gözlənilsə də, uzaq yola çıxmaq, riskli hərəkətlər etmək, yeni işlərə başlamaq məsləhət görülmür. Bu səbəbdən yaxşı olar ki, boş vaxtınızı ev şəraitində keçirəsiniz.
BUĞA -
(Aprel 21 – May 20)
(Aprel 21 – May 20)Qarşılıqlı münasibətlərdə səxavətli olmağınız çox işlərdə əlinizdən tutacaq. Hansısa şəxsi probleminizi qabartmaqdansa, daha bəşəri ideyalarla məşğul olun. Nəzərə alın ki, bu, sizə hədsiz savab qazandıra bilər.
ƏKİZLƏR –
(May 21- İyun 21)
(May 21- İyun 21) Pulla bağlı çətinliklərinizin qabarmasından narahat olmayın. Çünki yaxın günlərdə bu istiqamətdə uğurlarınız artacaq. Konkret olaraq bu günsə yalnız görəcəyiniz işləri dəqiqləşdirməlisiniz.
XƏRÇƏNG –
-(İyun 22 – İyul 22)
-(İyun 22 – İyul 22)Birgə gəzintilərə çıxmaq, əyləncəli məkanlarda olmaq üçün əlverişli tarixdir. Buna əməl etməklə sürprizlərlə rastlaşacaqsınız. Günortadan sonra maraqlı situasiyaların iştirakçısına çevriləcəksiniz.
ŞİR -
(İyul 23 – Avqust 23)
(İyul 23 – Avqust 23)Məhəbbət müstəvisində irəliləyişlərə nail olmağınızı bildirən ulduzlar əsas gücünüzü sevgiyə yönəltməyi məsləhət görür. Dardüşüncəli insanlara əhəmiyyətsiz yanaşın. Gələcəyə ümidlə baxın.
QIZ –
(Avqust 24 – Sentyabr 23)
(Avqust 24 – Sentyabr 23)Səmimi olsanız, ailə-sevgi münasibətlərində vəziyyət tamamilə xeyrinizə cərəyan edəcək. Kənar təsirlərə aludə olmayın. Köməyə ehtiyac duyan yaxınlarınıza sədaqətliliyinizi göstərin.
TƏRƏZİ –
(Sentyabr 24 – Oktyabr 23)
(Sentyabr 24 – Oktyabr 23)Nahar fasiləsinə qədər hansısa ciddi işlərə girişməyin. Əks təqdirdə xoşagəlməz situasiyalarla rastlaşacaqsınız. Sonrakı saatlarda isə nüfuzlu şəxslərlə görüşləriniz sizə səmərə verəcək.
ƏQRƏB -
(Oktyabr 24 – Noyabr 22)
(Oktyabr 24 – Noyabr 22)Sağlıq durumunuzla əlaqədar bəzi kiçik problemləriniz gözlənilsə də, özünüzə diqqət yetirməklə bu kimi mənfi fəsadları aradan qaldıra bilərsiniz. Çalışın ki, gün ərzində ağır fiziki işlərə girişməyəsiniz.
OXATAN –
(Noyabr 23 – Dekabr 21)
(Noyabr 23 – Dekabr 21)Astroloji göstəricilər qənaətbəxş bir gün yaşayacağınızı proqnozlaşdırır. Qarşılıqlı münasibətlərdə yaranmış müsbət çalarlar ovqatınızı xeyli yüksəldəcək. Yeni xəbər eşidəcəyiniz də mümkündür.
OĞLAQ –
(Dekabr 22 – Yanvar 20)
(Dekabr 22 – Yanvar 20)Fəaliyyət müstəvisində həmkarlarınızla müəyyən mübahisələriniz gözlənilir. Odur ki, özünüzü qalmaqallara istiqamətləndirməyin. Saat 16-dan sonra şəxsi işlərinizdə dönüş yarana bilər.
SUTÖKƏN –
(Yanvar 21 – Fevral 19)
(Yanvar 21 – Fevral 19)Yaxşı olar ki, ixtiyarınızda olan bu təqvimi bütünlüklə səhhətinizin müdafiəsinə həsr edəsiniz. Hər bir məqamda əsəblərinizi qorumalı, dedi-qoduya fikir verməməlisiniz.
BALIQLAR –
(Fevral 20 – Mart 20)
(Fevral 20 – Mart 20)Şəxsi büdcənizi artırmaq baxımından düşərli gün olsa da, ümumi əhvalınızda gərginlik mümkündür. Lakin bu amil işgüzar sövdələşmələrdə və qərarlar qəbul etməkdə sizə mane olmayacaq.