Medianews.az
Milli Qəhrəmanın polis oğlu qəzaya düşdü - VİDEO
924 baxış

Milli Qəhrəmanın polis oğlu qəzaya düşdü - VİDEO

masin qeza Ötən gecə Bakının Nərimanov rayonunda ağır qəza baş verib. ANS PRESS-in hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, qəza nəticəsində 3 nəfər ağır yaralanıb. Belə ki, Azadlıq və Ziya Bünyadov prospektlərinin kəsişməsində Asya Namiq qızı Paşayevanın idarə etdiyi “KİA” markalı avtomobillə Sənan Şahlar oğlu Şükürovun idarə etdiyi “Lexus” markalı maşın toqquşub. Qəza nəticəsində Asya Paşayeva, Sənan Şükürov və sərnişin Elxan Çingiz oğlu Sarıyev ağır yaralanıblar. Onları xəstəxanaya yerləşdiriblər. Qeyd edək ki, Sənan Şükürov Binəqədi rayon Polis İdarəsinin 5-ci polis bölməsinin kapitanıdır və təhqiqatçı vəzifəsində çalışır. O, Milli Qəhrəman Şahlar Şükürovun oğludur. http://www.youtube.com/watch?v=2ms6FcS33Lo

Bizə qoşulun