Ata-hər bir ailəni öz arxasınca aparan, onu inkişaf etdirən, qoruyan və sevgisini əsirgəməyən bir insan rolunu oynayır. Xoşbəxt ailənin təməli insanlıq və anlayış əsasında qurulsa da, istənilən cütlüyün taleyi çox vaxt atadan asılı olur. Məhz valideynlərdən atanın ailəyə diqqəti və məhəbbəti həmin kiçik dövlətin tənəzzül və inkişafı ilə nəticələnir.
FaktXəbər-in verdiyi məlumata görə, bu günlərdə sosial şəbəkədə atanın ailədəki rolu ilə bağlı maraqlı video-rolik yayılıb. Məhəmmədrza Xirədməndanın ssenarisi üzrə rejissor Məhəmməd Lütfi tərəfindən hazırlanan animasiya filmi izləyicilərə ibrətamiz bir nəsihət verir.