Medianews.az
Sevinc Muradovadan gözəllik sirləri - FOTOSESSİYA
2,294 baxış

Sevinc Muradovadan gözəllik sirləri - FOTOSESSİYA

sevin muradova Adətən, verilişlərində qadınlara və gözəlliyə xüsusi yer ayıran aparıcı Sevinc Muradova müasir xanımlardan bəhs edib. Axşam.az saytına açıqlama verən teleaparıcı həm də baxımlı olmağının sirlərindən, həyat tərzindən danışıb: “Müasir xanımların olduqca sürətli və dinamik həyatı var. Təhsil, ailə, karyera, sosial həyat tərzi – hər birinin öhdəsindən yaxşı gəlməyə çalışırıq. Özümüzü ifadə etmək, sevilmək, bəyənilmək üçün xarici görünüşümüzə mütləq diqqət yetirməliyik. İstənilən məkana gözəl, baxımlı bir xanım daxil olanda oranın ab-havası dəyişir. Bəlkə də aparıcılıq məni həmişə baxımlı olmağa vadar edir. Baxımlılıq ilk növbədə sağlamlıqdır, o, təmizlik və səliqədən başlayır. İlk öncə saçların və dərin təmiz olmalıdır. Daha sonra geyimin zövqlə seçilməlidir. Mənim də baxımlı görünməyimin əsas səbəbi bunlara əməl etməyimdir. Xüsusi pəhriz saxlamıram. Sadəcə düzgün qidalanmağa çalışıram. Çox arıq olmaq mənə yaraşmır. İdeal çəkim 55-56 kiloqramdır. Elə bu çəkini də qorumağa çalışıram. Çörəkdən, yağlı, xəmir xörəklərindən az istifadə edirəm. Son vaxtlar qara çayı, tortu, mürəbbəni yaşıl çay və meyvə qurusu ilə əvəzləmişəm. İdmanla məşğul olmuram”. “ÜZ DƏRİSİ ÜÇÜN ƏN YAXŞI MASKA” Üzünə ev şəraitində qulluq etməyi sevən Sevinc Muradova xanımlar üçün maska tərifi də verib: “Üzümə və saçlarıma həm peşəkarların köməyi ilə, həm də ev şəraitində qulluq edirəm. Məsələn, yumurta sarısı ilə. Yumurta sarısı saçları çox canlı göstərən və problemləri aradan qaldıran vasitədi. 1 ədəd yumurta sarısını 1 xörək qaşığı bal və istənilən yağla (gənəgərçə, ayıpəncəsi) qarışdırın. Əgər bal yoxdursa, rəngsiz xına əlavə edin. Saçların dibinə çəkib, bir az saxladıqdan sonra yuyun. Çox sadə və faydalı maskadır. Üz dərisi üçün ən yaxşı maska isə yaşıl, mavi, ya da çəhrayı gildir. 2 xörək qaşığı gili 1 çay qaşığı gliserinlə qarışdırıb dəriyə çəkin. Məsamələri daraldır, dərini canlandırır, nəmləndirir”. "HƏR BİR PEŞƏ SAHİBİ İLK NÖVBƏDƏ...” Bəyəndiyi aparıcılardan söz açan S.Muradova iş prinsiplərini də gizlətməyib: “AZTV-də peşəkar aparıcılar çoxdur. Onların hamısını bəyənirəm. Ümumiyyətlə, hər bir peşə sahibi ilk öncə işini sevməlidir. Sevgi başda gəlir. Əgər sənətini sevirsənsə, demək əsl mələyini tapmısan. Daha sonra sənə peşəkarlıq, əzm və güc lazım olacaq. Eyni zamanda daxili keyfiyyətlər də önəmlidir. Aparıcıda daxili gözəllik, xarizma, səmimiyyət, özünü sevdirmək bacarığı olmalıdır”. S.Muradova aparıcılıqla yanaşı bizneslə də məşğul olduğunu deyib: “Tək peşəm aparıcılıq deyil. Bununla yanaşı gəlinlik libaslarının satışı və kirayəsi ilə məşğul oluram. Bunu online sayt vasitəsilə reallaşdırıram. Bu, xanımların toyqabağı qayğılarını azaltmaq üçün bir vasitədir”. http://i022.radikal.ru/1404/4e/d71ee97218d8.jpg http://i022.radikal.ru/1404/05/42dca5451e75.jpg http://s018.radikal.ru/i515/1404/f1/28a1757f17b8.jpg http://s019.radikal.ru/i630/1404/b4/57cee04b8581.jpg http://s51.radikal.ru/i131/1404/33/3ac29ee894d8.jpg http://s020.radikal.ru/i712/1404/52/91373465ddf3.jpg http://i024.radikal.ru/1404/43/4d5a090d8efa.jpg http://i023.radikal.ru/1404/2c/f9fe1ed17772.jpg http://i062.radikal.ru/1404/b0/94f550753409.jpg http://s020.radikal.ru/i711/1404/90/76025c6ecc39.jpg http://s019.radikal.ru/i603/1404/e0/209cd50dd2b1.jpg http://s43.radikal.ru/i101/1404/40/6537c8b8c8f2.jpg

Bizə qoşulun