Medianews.az
Alıcının uğursuz zarafatı faciə ilə nəticələndi - VİDEO
216 baxış

Alıcının uğursuz zarafatı faciə ilə nəticələndi - VİDEO

Yaroslavl polisi ticarət mərkəzində atəş açan şəxsi yaxalayıb. 

Odlu silahdan istifadə edən şəxs atışma zamanı alıcılardan birini yaralayıb. 

İnsidentə səbəb güllələnən alıcının zarafatı olub. Zarafatı xoşlamayan şəxs ona atəş açıb.

Olay bazar ertəsi 13.30-da baş verib. Mağazaya gələn 27 yaşlı alıcı açarlarını vitrinin üzərində unudub. O geri dönüb açarlarını almaq istəyərkən digər alıcı onun açarlarını gizlədərək zarafat edib. Tanımadığı şəxsin bu zarafatı onu qəzəbləndirib. Bu hərəkətinə görə onunla haqq-hesab çəkib. Əvvəlcə onlar süpürləşıb. Aqressiv müştəri zarafat edən şəxsi ayağı ilə təpikləyib. Zərərçəkən bir neçə dəqiqə huşunu itirib. Onunla birgə gələn qadın çətinliklə də olsa, zərərçəkəni ordan uzaqlaşdırıb. Sonra onlar yenidən üz-üzə gəlib və konflikt yenidən qızışıb. Bu dəfə opponentlər küçədə üz-üzə dayanıb. Sonda  mübahisə bədbəxt hadisə ilə nəticələnib. Açılan 6 güllə 40 yaşlı kişini qarnından yaralayır.  Cinayətkar isə heç nə olmamış kimi avtomobilinə minərək ordan üzaqlaşıb.

Mağaza sahibi atəş açan şəxsin onların daimi müştərisi olduğunu deyib. Digər müştərini güllələməyə gəlincə, “onu mübahisə bu vəziyyətə gətirdi” deyə atəş açan şəxsi müdafiə edib.

İnsident ticarət mərkəzinin müşahidə kameralarında qeydə alınıb. Ən qəribəsi odur ki, hadısə çoxsaylı insanların və mühafizəçilərin gözü qarşısında baş verib. Amma hamı süpürləşən alıcıların yanından saymazyana şəkildə keçib gedib.

 

 

 

 

http://www.youtube.com/watch?v=7sE7cMwn5VY

Bizə qoşulun