
Hindistanın Madhya Pradeş bölgəsində hökümət kasıb insanlar üçün cəm halda toy təşkil edib.
Bu toyda 450 gəlinin bakirəlik testindən keçdiyi bildirilir.
Məlumata görə, hamilə olduğu müəyyən edilən 9 qadına evlənmək qadağan edilib. Bəzi qadınlar isə sadəcə hədiyyə almaq üçün toya qatılsalar da, hamilə olmadıqlarından əmin olmaq üçün testdən keçiblər.
Lakin Hindistan Beynəlxalq Qadın Komissiyası bildirib ki, qadınların dövlət yardımı almaq üçün bəkarət testindən keçmələri olduqca utancverici bir şeydir və heç bir toplumda qəbul edilə bilməz. Dövlətdən isə komissiyanın iddialarına cavab gəlməyib.