Medianews.az
Anasından borc götürüb polislərə gül payladı (FOTO)
127 baxış

Anasından borc götürüb polislərə gül payladı (FOTO)

Adana şəhərində maraqlı hadisə baş verib

Türkiyənin Adana şəhərində Taksim hadisələri üçün keçirilən dəstək aksiyasının iştirakçılarından biri çevik polis alayı əməkdaşlarına gül hədiyyə edib. ANS PRESS “İhlas” agentliyinə (İHA) istinadən xəbər verir ki, aksiya iştirakçıları şəhərdəki Atatürk parkında bir müddət mahnı və kitab oxuyublar. Daha sonra parkın zibillərini təmizləyən aksiyaçı qrup yürüş keçirib. Yürüş vaxtı kənardan gələn təxribatçı bir qrup polisə daş atmağa çalışsa da, buna yol verilməyib. 

Aksiyaçılar hakim Ədalət və İnkişaf Partiyası (AKP) binasının qarşısına çatanda qrupdakı yeniyetmə bir qız 50 lirəlik (20 manat) gül alaraq polislərə paylayıb. Anasından borc götürərək gül aldığını bildirən qız polislərə “Çox yaxşısınız. Amma xahiş edirik bizə qarşı vicdanlı rəftar edin” deyib. 

Qeyd edək ki, yeniyetmə qızın bu hərəkəti həm aksiyaçılar tərəfindən, həm də polis tərəfindən alqışlanıb. 

Bizə qoşulun