
Rusiyada iyunun 1-dən siqaret əleyhinə qanun qüvvəyə minib. Bu ölkənin 40 milyon sakinini əhatə edəcək. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, yeni qanuna görə, ictimai yerlərdə, metroda, şəhər və şəhərətrafı nəqliyyatda, aeroportda, vağzalda, uşaq meydançalarında, avtobus dayanacaqlarında qadağan ediləcək. Uçuş öncəsi siqaret çəkməyə isə yalnız terminala 15 metr qalmış icazə veriləcək.
Rusiyada siqaretin reklamı da qadağan olunur. Jurnal və qəzetlərdə, film və teatrlarda da siqaretin reklamları yığışdırılacaq.
Statistikaya görə, Rusiyada hər gün 400 000 insan siqaretdən ölür.