
İstanbulda polis qüvvələri Taksim meydanından ayrılır. "Ağaclar kəsilməsin, AVM yapılmasın" deyə günlərdir aksiya keçirənlərin Gəzinti Parkına girişinə izn verildi. Ancaq polis barrikadaları söküb meydanı açarkən minlərlə istanbullu meydana axın edib. Polis qüvvələri yenə qaz bombası atıb, xəsarət alanlar olub. Taksim də ara yenə qarışıb.
Bundan başqa, xəbər verilir ki, Taksimdəki nümayişlərə dəstək üçün Ankarada toplanan qrupa polisə müdaxilə edib. Baş Nazirlik binasının çevrəsi barrikadalara çevrilib. Polis binaya mülki vətəndaş girişini əngəlləyib. Polis İl Jandarma Alay Komandanlığından dəstək istəyib.