Medianews.az
9 il təcavüzə məruz qalan gəncə ağır cəza verildi - TƏFƏRRÜAT
125 baxış

9 il təcavüzə məruz qalan gəncə ağır cəza verildi - TƏFƏRRÜAT

 

Ona təcavüz edən 54 yaşlı kişini qətlə yetirən 18 yaşlı gəncə 11 il 8 ay həbs cəzası verilib. Anspress-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, Bursa şəhərində 9 il atasının dostunun cinsi təcavüzünə məruz qalan və bu səbəbdən onu qətlə yetirən 18 yaşlı B.Ç.-nın məhkəmə prosesi başa çatıb.


Məhkəmə heyətinin öncə ömürlük həbs cəzası verdiyi B.Ç.-nın məhkəmədə dediyi son söz onun cəzasının yüngülləşdirilməsi ilə nəticələnib: "Hamınızın övladı, qardaşı-bacısı var. Məni də öz uşağınız kimi görün. Onların başına belə bir hadisə gəlsəydi, hansı hökmü verərdiniz? Mənə də o hökmü verin. Mən bu cəzaya razıyam".

Bu ifadədən sonra cəzası yüngülləşdirilərək 11 il 8 aya endirilib.

Xatırladaq ki, B.Ç.-nın qətlə yetirdiyi Cəmil Bozkurt 9 il yeniyetməni qorxudaraq onunla məcbur cinsi əlaqəyə girib. Elə hadisə günü də yenə onunla cinsi əlaqəyə girmək istədiyi üçün oğlan onu qətlə yetirib.

Hadisə yanvar ayında baş verib. B.Ç. ilk prosesdəcə günahını etiraf edib: "Atamın dostu Cəmil Bozkurt davamlı olaraq evinə bizim dükandan lahmacun sifariş verirdi. Lahmacunları gətirdiyimdə mənə təcavüz edirdi. Yaşadıqlarımı qorxudan kimsəyə söyləyə bilmirdim. Son hadisəyə artıq dözə bilmədim və onu öldürdüm".

Qatil öldürdüyü şəxs tərəfindən uzun illər zorlandığını deyib: "Ailəmizə aid lahmacun sobasında işləyirdim. 9 il əvvəl yorulan atamı masaj edirdim. İş yerinə gələn Cəmil Bozkurt onu da masaj etməyimi istədi. "Olmaz" deyə bilmədim və onu da masaj etdim. Daha sonra telefonla evinə lahmacun gətirməmi istədi. Bundan sonra təcavüzləri başladı. Təhdid edərək, zorla mənimlə cinsi əlaqəyə girdi. Yaşadıqlarımı qorxudan kimsəyə deyə bilmirdim. Bəzən sifarişini zəngi basıb qapısının önünə qoyub qaçırdım. Çox vaxt qapıda gözləyirdi məni. O gün məni yenə çağırdı və qapıda qarşıladı. Zorla içəri çəkincə dəliyə döndüm. Bıçağı qarınına batırıb qaçdım. Sonra da polisə təslim oldum. Mənə çox acı çəkdirdi. Amma öldürdüyüm üçün peşmanam".

Bizə qoşulun