Medianews.az
Milyarder mərcdə uduzdu, stüardessa oldu (FOTO)
370 baxış

Milyarder mərcdə uduzdu, stüardessa oldu (FOTO)

 

Aviaşirkətin tarixində görünməmiş hadisə baş verib

Ekssentrik milyarder, "Virgin Airlines" aviaşirkətinin rəhbəri Riçard Brenson rəqib şirkət "AirAsia"nın təyyarəsində stüardessalıq edib. ANS PRESS-in "Associted Press"ə istinadən verdiyi məlumata görə, Riçard Brenson rəqibi ilə mərc gəlib və uduzub. 

Riçard Brenson 6 saat davam edən uçuş zamanı sərnişinlərə yemək və sərinləşdirici içkilər paylayıb. Bundan başqa, o, sərnişinləri uçuş-eniş, təyyarənin qalxdığı yüksəklik haqda məlumat verib. Riçard Brenson stüardessa olmaq üçün ətək, bluzka, qadın corabları geyinib və qırmızı dodaq boyası çəkib. Onun bu addımı ətrafdakıları həm əyləndirib, həm də təəccübləndirib. 

"AirAsia"nın rəhbəri Toni Fernandes isə təyyarədə sadə sərnişin olub. Fernandes Brensonun işini "heç nəyə yaramaz" kimi qiymətləndirib. İş vaxtı bitdikdən sonra iki milyarder birgə xatirə şəkili çəkdiriblər. 

Tərəflərin razılaşmasına görə, əldə edilən gəlirin yarı hissəsi xeyriyyə işlərinə gedəcək. Həmin reysin qiyməti 400 dollar olub. 

Qeyd edək ki, "Virgin Airlines" aviaşirkətinin rəhbəri Riçard Brenson uduzmasına səbəb 2010-cu ildə keçirilən "Formula-1" yarışları olub. Belə ki, həmin vaxt iş adamları bu yarışda hansı komandanın daha yaxşı çıxış edəcəyinə dair mərc gəliblər. Nəticədə “AirAsia"nın sahibi Toni Fernandes qalib gəlib. 

 

 

 

 

 

 

 

 

 

Bizə qoşulun