Medianews.az
Arşavin bu qıza görə futbolu atır – Fotosessiya
246 baxış

Arşavin bu qıza görə futbolu atır – Fotosessiya

Leylani Dauqindin ulduzu 1998-ci ildə “Miss Böyük Britaniya” müsabiqəsinin qalibi seçiləndən sonra parlayıb. Model bir çox jurnalların üz qabığını bəzəyib, məşhur “Maxim” jurnalının siması seçilib. Ötən ilin sonunda isə bu xanıma görə “Arsenal” futbol klubunun ulduzu Arşavin ailəsini atdı. 

Bu günlərdə isə cütlük haqqında yayılan yeni məlumat hər kəsi təəccübləndirib. Belə ki, Arşavin sevgilisinə görə indi də futbolu atmaq qərarına gəlib. “Qafqazinfo” Rusiya mətbuatına istinadən xəbər verir ki, futbolçunun iyun ayında “Arsenal” klubu ilə müqaviləsi bitsə də, hələ də heç bir klubdan təklif gəlməyib. Arşavinin 32 yaşlı model sevgilisi isə təklif edir ki, o, futbolu ataraq, daha ciddi işlərlə məşğul olsun. 

Qeyd edək ki, Arşavinin yaxın ətrafının yaydığı məlumata görə, futbolçu ilə yalnız Azərbaycan və Avstraliyanın futbol klubları maraqlanıb. Futbolçunun isə bu təklifləri dəyərləndirmək üçün 2 ay vaxtı var.

Bizə qoşulun