
Fikrət Əhmədov: "Oğlumun vəziyyəti yaxşıdır, dostu bu gün gedib yanına"
"Oğlumun vəziyyəti yaxşıdır. Dostu bu gün gedib yanına. Mən də çalışacağam bu gün görüşüm Toğrulla”.
Bu sözləri Gülər Əhmədovanın həyat yoldaşı Fikrət Əhmədov söyləyib. Oğlu Toğrul Əhmədovun səhhətində ciddi narahatçılığın olmadığını söyləyən F. Əhmədov hələ ki, həkim ilə görüşmədiyini də bildirdi. F. Əhmədov oğlu ilə bağlı Gülər Əhmədovaya da vəkili vasitəsilə məlumat veriləcəyini söylədi.
Qeyd edək ki, sabiq millət vəkilinin oğlunun sağ qolu əsgərlər arasında qol güləşi zamanı dirsəkdən yuxarıdan sınıb