Medianews.az
Bakıda böyük tıxac yaranıb (FOTO)
144 baxış

Bakıda böyük tıxac yaranıb (FOTO)



Hava limanı yolunda avtomobillərin hərəkəti iflic olub. Sabunçu körpüsündən başlayaraq aeroport istiqamətində böyük tıxac yaranıb. Yolda qalan sürücülərin Milli.Az-a verdikləri məlumata görə, bir kilometr yolu yarım saata gedirlər.

Sabunçu Rayon Polis İdarəsindən bildirilib ki, tıxaca səbəb yolda aparılan təmir işləridir. Bunun nəticəsində avtomobillərin hərəkəti çətinləşib.

Bizə qoşulun