Medianews.az
Şok iddia: Kriştianu Ronaldu "mavi"dir? (FOTO)
226 baxış

Şok iddia: Kriştianu Ronaldu "mavi"dir? (FOTO)

İspaniyanın "Real" (Madrid) futbol klubunun portuqal ulduzu Kriştianu Ronaldunun homoseksualizmə çox meylli olması ilə bağlı iddialar səngimək bilmir. Həmin iddialara yeni faktlar da əlavə olunub.

Milli.Az Mundo Deportivo-ya istinadən bildirir ki, Krinştianu Ronaldunun qadın ayaqqabıları geyinərək çox "ehtiraslı poza"lar aldığı zaman çəkilmiş fotolar yayılıb. 

Eyni zamanda, Ronaldunun istirahət saatlarında barmaqlarını manikür etdirməsi və boyaması, qadın alt paltarında evdə dolaşmaqdan zövq aldığı da deyilir.

Xatırladaq ki, Ronaldu İngiltərənin "Mançester Yunayted" klubunda oynayanda "mankunianlar"ın fanatları onu "Kristina" adlandırırdılar.

O da vurğulanır ki, Kriştianu Ronaldunun tatar supermodel İrina Şeyk ilə münasibətləri əslində gözdən pərdə asmaq və portuqal futbolçunun homoseksualist olması barədə iddialara son qoymaq məqsədi güdür.

Dünya futbolunda "mavi"liyini aşkar bəyan edən ilk futbolçu London "Arsenal"ının isveç yarımmüdafiəçisi Fredrik Yunqberqdir.

Daha sonra alman Filip Lam və amerikalı Robbi Rocers də "mavi" olduqlarını etiraf etmişdilər.

Bizə qoşulun