Medianews.az
"15 dəqiqəyə 500 manat” – Vətəndaşlara yeni mesajlar göndərilir -
132 baxış

"15 dəqiqəyə 500 manat” – Vətəndaşlara yeni mesajlar göndərilir - FOTO

Vətəndaşların mobil telefonuna naməlum nömrələrdən şübhəli mesajlar göndərilir.

Milli.Az-ın məlumatına görə, mesajlarda özünü insan resursları meneceri kimi təqdim edən şəxslər Bakıda və Sumqayıtda guya bitcoin bankomatlarının quraşdırılması layihəsi üzrə uzaqdan iş təklif etdiklərini iddia edirlər.

Bildirilir ki, iş gündə cəmi 15 dəqiqə vaxt aparır və 200-500 manat gəlir vəd olunur.

Daha ətraflı məlumat üçün vətəndaşlardan Telegram vasitəsilə əlaqə saxlamaları istənilir.

"Mən Rabotada İnsan Resursları Meneceriyəm. Hazırda Bakı və Sumqayıt kimi şəhərlərdə Bitcoin bankomatının quraşdırılması layihəsi üzərində işləyirik və 20 uzaqdan köməkçiyə ehtiyacımız var. Bu iş gündə cəmi 15 dəqiqə vaxtınızı tələb edir və gündəlik gəlir 200-500 Azərbaycan manatıdır. Vəzifə haqqında daha çox məlumat üçün aşağıdakı Telegram vasitəsilə mənimlə əlaqə saxlayın",- mesajda qeyd olunub.

Qeyd edək ki, son günlər rəsmi qurumlar vətəndaşlara naməlum və şübhəli nömrələrdən daxil olan mesaj və zənglərlə bağlı mütəmadi xəbərdarlıqlar edirlər. Bildirilir ki, bu tip mesajlar əsasən dələduzluq xarakteri daşıyır.

Bizə qoşulun