Medianews.az
13 istiqamətdə
46 baxış

13 istiqamətdə tıxac var

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.

Medianews.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Hazırda:

 1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metrostansiyası istiqamətində;

 2. Tbilisi prospekti, “20 Yanvar” metrostansiyasından mərkəz istiqamətində;

 3. Mikayıl Müşfiq küçəsi, “Badamdar” dairəsindən 20 nörməli məktəb-lisey istiqamətində;

 4. Binəqədi şosesi, “Azadlıq prospekti” metrostansiyası istiqamətində;

 5. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində;

 6. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;

 7. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

 8. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;

 9. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;

 10. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

 11. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;

 12. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metrostansiyası istiqamətində;

 13. Koroğlu Rəhimov küçəsi, Ak. Həsən Əliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində sıxlıq müşahidə olunur.

Bizə qoşulun