Medianews.az
Trampın sərvəti bir ildə nə qədər artıb?
93 baxış

Trampın sərvəti bir ildə nə qədər artıb?

ABŞ prezidenti Donald Trampın sərvəti son bir ildə kəskin artıb.

Medianews.az xəbər verir ki, “Forbes” jurnalının 2026-cı ilin mart ayı üzrə hesablamasına əsasən, Trampın ümumi sərvəti hazırda 6,5 milyard dollar təşkil edir.

Nəşr bildirir ki, son bir ildə onun kapitalı təxminən 1,4 milyard dollar artıb.

Artımın əsas səbəbləri:

kriptovalyuta layihələri,

lisenziya biznesinin genişlənməsi və hüquqi öhdəliklərin azalması olub.

Donald Trampın sərvətinin ən böyük hissəsi kriptovalyuta və likvid aktivlərlə bağlıdır.

“Forbes” bu kateqoriyanı 2,1 milyard dollar qiymətləndirir.

Bu məbləğin:

1,3 milyard dolları likvid aktivlər,

393 milyon dolları “Trump” memkoini,

242 milyon dolları “USD1” steyblkoin layihəsi,

175 milyon dolları isə “World Liberty Financial” tokenləri təşkil edir.

Mar-a-Laqo və qolf klubları

Trampın qolf klubları və kurortlarının ümumi dəyəri təxminən 1,5 milyard dollar hesablanır.

Ən bahalı aktivlər:

Mar-a-Laqo - 564 milyon dollar,

ABŞ-dəki qolf klubları şəbəkəsi - 549 milyon dollar.

Nyu-Yorkdakı daşınmaz əmlak

Daşınmaz əmlak investisiyalarının dəyəri isə təxminən 1,2 milyard dollar qiymətləndirilir.

Bura:

“Trump Tower”, Uoll-Stritdəki “40 Wall Street” binası,

Nyu-York və San-Fransiskodakı ofis obyektləri daxildir.

Trampın “Trump Media & Technology Group” şirkətindəki payı da təxminən 1,2 milyard dollar qiymətləndirilir. Bu şirkət “Truth Social” platformasının sahibidir.

Bununla belə, son bir ildə həmin aktivin dəyəri 1,3 milyard dollardan çox azalıb.

Əlavə olaraq:

Tramp brendi altında lisenziya biznesi,

təyyarələr,

pensiya aktivləri təxminən 551 milyon dollar təşkil edir.

Təkcə lisenziya və idarəetmə biznesi Trampa son dövrdə 533 milyon dollar gəlir gətirib.

“Forbes” yazır ki, Donald Trampın hüquqi öhdəlikləri onun ümumi sərvətini təxminən 97 milyon dollar azaldır. Bununla belə, nəşr hesab edir ki, Trampın ikinci prezidentlik dövründə sərvətinin əsas artım mənbəyi məhz kriptovalyuta layihələri olub./Musavat.com

Bizə qoşulun