Medianews.az
İrandan XƏBƏRDARLIQ:
70 baxış

İrandan XƏBƏRDARLIQ: "Gözlənilməz variantlar hazırlamışıq"

"İran ehtimal olunan yeni hücum halında ABŞ üçün yeni texnika və silah növləri də daxil olmaqla, müxtəlif gözlənilməz variantlar hazırlayıb".

Bu barədə İran ordusunun rəsmi nümayəndəsi Məhəmməd Əkrəminiya məlumat verib.

"Əgər ABŞ yenidən səhvə yol verərək ölkəmizə hücum edərsə, şübhəsiz ki, gözlənilməz vəziyyətlərlə üzləşəcək. Bu variantlar daha müasir və fərqli hərbi texnikanı, yeni müharibə strategiyalarını və ən əsası isə tamamilə yeni sferaları əhatə edəcək", - deyə M.Əkrəminiya agentliyə müsahibəsində bildirib.

Onun görə, əgər hərbi toqquşma yeni sahələrə keçərsə, Tehran "düşməni qəfil yaxalamağa" müvəffəq olacaq. O iddia edir ki, Vaşinqton hadisələrin bu cür inkişafını əvvəlcədən təxmin etmək iqtidarında deyil.

Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.

İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.

Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.

İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.

Həmçinin Hörmüz boğazından gəmilərin keçidində ciddi problemlər yaranıb.

Aprelin 8-də Donald Tramp Tehrana verdiyi ultimatumun vaxtının bitməsinə bir neçə saat qalmış Vaşinqtonun ikihəftəlik atəşkəslə razılaşdığını elan edib.

Daha sonra İslamabadda tərəflərin ilk görüşü keçirilib.

Aprelin 22-nə planlaşdırılmış ikinci görüş isə baş tutmayıb./Oxu.Az

Bizə qoşulun