Medianews.az
"Sevgini gözəlliyi ilə deyil, şəfqəti ilə
85 baxış

"Sevgini gözəlliyi ilə deyil, şəfqəti ilə qazandı”

 Aparıcı Xoşqədəm Hidayətqızı və həyat yoldaşı, müğənni Doğuş, Seda Sayanın “Hər şey masada” proqramında qonaq olublar.

Medianews.az musavat.com-un məlumatına görə bildirir ki, Doğuş verilişdə Xoşqədəmlə tanışlıq hekayəsini bölüşüb. O bildirib ki, ilk görüşdə Xoşqədəm onun diqqətini xüsusi şəkildə cəlb etməyib:

“İlk baxışda o qədər də diqqətimi çəkmədi. Gözəl qadın idi, amma ətrafımızda da gözəl qadınlar var”.

Doğuş daha sonra kimsəsiz və əlilliyi olan uşaqlarla birgə getdikləri görüşdən danışaraq Xoşqədəmin oradakı davranışının onda böyük təsir yaratdığını qeyd edib:

“Uşaqlara göstərdiyi şəfqət, onlara yaxınlaşması, öpməsi və heç bir iyrənmə hissi olmadan davranması mənim üçün çox önəmli oldu. O an sanki onda başqa bir işıq yarandı, sanki qanadları çıxdı və içimdə fərqli bir hiss oyandı”.

Bizə qoşulun