Azərbaycan parlamentinin növbədənkənar sessiyası çağırılıb.
Medianews.az xəbər verir ki, bu barədə Milli Məclisinin sədri Sahibə Qafarova sərəncam imzalayıb.
Qanunverici orqanın 82 deputatı növbədənkənar sessiyanın çağırılması tələbi ilə spikerə müraciət ünvanlayıb. S.Qafarova sərəncamı həmin tələb əsasında imzalayıb.
Növbədənkənar sessiya iyunun 1-dən çağırılıb.
Qeyd edək ki, Milli Məclis ildə iki növbəti sessiyaya (yaz və payız) toplanır. Parlamentin Yaz sessiyası fevralın 1-dən mayın 31-ə, Payız sessiyası isə sentyabrın 1-dən dekabrın 30-dək davam edir. Qeyd olunan tarixlərdən kənar dövrdə isə (yay tətili dövründə) zərurət yarandıqda Milli Məclisin növbədənkənar sessiyaları da çağırıla bilər.