Medianews.az
Türkiyə millisinin sabiq futbolçusu
56 baxış

Türkiyə millisinin sabiq futbolçusu Ümit Karan həbs olundu

Türkiyə millisinin sabiq futbolçusu Ümit Karan barəsində davam edən istintaq çərçivəsində həbs qətimkan tədbiri seçilib.

Medianews.az  xəbər verir ki, onun həbsi tələbi ilə İstanbul prokurorluğu çıxış edib.

Belə ki, prokurorluqda ifadəsi alınan Ümit Karana qarşı lisenziyasız narkotik və ya stimullaşdırıcı maddələrin satışı, daşınması, alınması, qəbul edilməsi və saxlanması ittihamı irəli sürülüb.

Xatırladaq ki, sabiq futbolçu İstanbul polisi tərəfindən 18 şübhəli ilə birlikdə saxlanılıb. Şübhəlilərdən narkotik testi üçün qan və saç nümunələri götürülüb.

Bizə qoşulun